Kredit müqaviləsi
Bir tərəfdə Saznomre.az “SATAN”
digər tərəfdə də sonradan “ALAN” adlandırılmaqla bu müqaviləni aşağıdakı şərtlər əsasında imzalayırıq:
1.“SATAN” nömrənin məbləğinin müəyyən həcmində ilkin ödəniş almaqla nömrəni aktiv statusunda “ALAN”-a müvəqqəti istifadə üçün təhvil verir və KREDİT FORUMU-na əsasən aylıq ödənişlərin vaxtında ödənilməsini tələb edir.
2.“ALAN” ilkin ödəniş etdikdən sonra KREDİT FORUMUndakı qrafikə əsasən vaxtında ödəniş etməklə nömrədən istifadə hüququna malikdir.
3.Kredit vaxtında ödənilmədiyi təqdirdə “SATAN” “ALAN”-ı xəbərdarlıq etmək hüququna malikdir. Xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş gecikdirilərsə, o zaman “SATAN” qaydalara əsasən nömrəni bağlamaq hüququna malikdir.
4.Xəbərdarlıq edildikdən sonra ödəniş ödənilməsə, nömrə geri götürülür və edilən ödənişlər “ALAN”-a qaytarılmır.
5.“ALAN” kredit müddəti ərzində nömrədən qanunauyğun şəkildə istifadə etmədiyi halda bütün məsuliyyəti və cavabdehliyi öz üzərinə götürür.
6.Nömrədə yaranmış tarif və abunə borcu “ALAN” tərəfindən ödəniləcək.Alınan nömrədə kredit göturmə xidməti bağlı olur.Sonuncu ayın ödənişləri ödənildikdən sonra kredit müqaviləsinə xitam verilir və nömrə “ALAN”-ın adına Müştəri Xidmət Mərkəzlərində Addan-Ada rəsmiləşdirilir.