Kredit müqaviləsi
Bir tərəfdə Saznomre.az “SATAN”
digər tərəfdə də sonradan “ALAN” adlandırılmaqla bu müqaviləni aşağıdakı şərtlər əsasında imzalayırıq:
1.“SATAN” nömrənin məbləğinin müəyyən həcmində ilkin ödəniş almaqla nömrəni aktiv statusunda “ALAN”-a müvəqqəti istifadə üçün təhvil verir və KREDİT FORUMU-na əsasən aylıq ödənişlərin vaxtında ödənilməsini tələb edir.
2.“ALAN” ilkin ödəniş etdikdən sonra KREDİT FORUMUndakı qrafikə əsasən vaxtında ödəniş etməklə nömrədən istifadə hüququna malikdir.
3.Kredit vaxtından 1-gün gecikərsə ödənilmədiyi təqdirdə “SATAN” “ALAN”-ı xəbərdarlıq etmək hüququna malikdir.Xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş 2-ci gün gecikdirilərsə, o zaman “SATAN” qaydalara əsasən nömrəni 48-saat iki tərəfli bağlayaraq müqaviləyə xitam veriləcək barədə xəbərdarlıq edir.
4.Xəbərdarlıq edildikdən sonra 48-saat ərzində ödəniş ödənilməsə, nömrə geri götürülür və edilən ödənişlər “ALAN”-a qaytarılmır.
5.“ALAN” kredit müddəti ərzində nömrədən çıxan zəng,daxil olan zəng,video zəng,sms, mms, whatsapp,sosial şəbəkələr,bank və kredit təşkilatı olan xidmətlər, kredit ödənişi tam ödənildikdə, “ALAN”-ın adına qeydiyyat olunan tarix (gün-ay-il) və saat ərzində nömrədən qanunauyğun şəkildə istifadə etmədiyi halda “ALAN” bütün məhsuliyyəti və cavabdehliyi öz üzərinə götürür.
6.Nömrədə yaranmış tarif və abunə borcu “ALAN” tərəfindən ödəniləcək.Alınan nömrədə kredit göturmə xidməti bağlı olur.Sonuncu ayın ödənişləri ödənildikdən sonra kredit müqaviləsinə xitam verilir və nömrə “ALAN”-ın adına Müştəri Xidmət Mərkəzlərində Addan-Ada rəsmiləşdirilir və ödənişlidi.⚠️ Nömrə qeydiyyat günü qeyri iş saatı və iş gününə düşərsə,növbəti iş günü və iş saatı qeydiyyat olunur.
Müqavilənin yenilənmə tarixi: 04.11.2024-cü il